Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ad günü qeyd olundu

07 fevral 2020 | 16:00

07 fevral  2020-ci il tarixdə  Biləsuvar  rayonunda  Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  doğum günü  qeyd olundu.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev və  ictimaiyyətin nümayəndələri rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşdülər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev  görüş  zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd etdi ki, Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. O,  öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.Bu gün hər bir  azərbaycanlı gənci  Mübariz qəhrəmanlığından  örnək alır, nümunə götürür.

Digər çıxış edənlər Mübariz İbrahimovun qəhrəmalıq yolundan danışdılar.Tədbirdə qeyd olundu ki, Mübarizin qəhrəmanlığı nəinki Azərbaycanda, bütün  dünyada böyük əks-sədaya səbəb oldu.O, 22 yaşında Azərbaycanın Milli Qəhrəmanı oldu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi.Təhsil və tərbiyə müəssisələrimizdə  gənclərimizə Mübariz vətənpərvərliyi aşılanır.Hərbi xidmətə yola salınan gənclərimizə vətənin necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur.
Milli Qəhrəmanın atası Ağakərim  İbrahimov   ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.
Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova  məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət  guşəyə və tamamlanmaq üzrə olan M.İbrahimov muzeyinə baxış keçirdilər.


 

Keçidlər