Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda "Xocalı tarixin qan yaddaşı 28 il” adlı beynəlxalq rəsm sərgisinin açılışı oldu

02 fevral 2020 | 16:00

02.02.2020-ci il tarixdə EMEDİA GROUP media təşkilatının və Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində peşəkar rəssamların və heykəltaraşların “Xocalı tarixin qan yaddaşı 28 il” adlı beynəlxalq rəsm sərgisinin açılışı oldu. Tədbirdə EMEDİA GROUP təşkilatının rəhbəri Elşən Əliyev, təşkilatın üzvləri,  Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının müavinləri, Dini xadim Hacı Şahin Həsənli ,Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəssam və heykəltaraşları, rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdilər. Qonaqlar ilk öncə Heydər Əliyev adına parkda Ümummilli lider Heydər Əliyevin abidəsini  ziyarət  etdilər. Tədbir  Himn ilə başladı, şəhidlərin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad  edildi. Tədbirdə çıxış edən  Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xanlar Məmmədov qonaqları salamlayaraq, tədbirin keçirilməsin və eləcə də Biləsuvar rayonundan  start  verilmsəinin  təqdirəlayiq olduğunu  vurğuladı.Bildirdi  ki, Xocalı soyqırmı  xalqımızın təkcə  hüzn günü  deyil, eyni zamanda qəhrəmanlıq tarixidir.  EMEDIA GROUP təşkilatının rəhbəri Elşən Əliyev  çıxış edərək bildirdi ki,  2019-cu il 8 noyabr tarixdə keçirilən  mətbuat konfransı ilə start verilən layihə məhz hər il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə baş tutan “XOCALIYA ƏDALƏT” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilir.“XOCALI TARİXİN QAN YADDAŞI” beynəlxalq sərgisi cari ilin 1-15 fevral tarixlərində Azərbaycanın regionlarında - Biləsuvar, Quba (Soyqırım Memorial Kompleksi) və  Gəncə şəhərində), 16-26 fevral tarixlərində isə  (Gürcüstan, Rusiya, Türkiyə (Ankara, İstanbul)) və 28 fevral tarixində paytaxt Bakıda baş tutacaq.Beynəlxalq Rəsm Sərgisi ilk olaraq Biləsuvar rayonundan başlanıldı.
Tədbirdə Xocalı  soyqırımını  əks etdirən sənədli film nümayiş olundu. Sonra iştirakçılar rəssamların  Xocalı  soyqırımını  əks etdirən  100-ə qədər rəsm əsərlərindən ibarət Sərgiyə  baxış keçirdilər. Sonda qonaqlar  Azərbaycan Respublikasının Milli  Qəhrəmanı Mübariz İbrahimovun ailəsini  ziyarət etdilər.

 

Keçidlər