İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Biləsuvarda maarifləndirmə tədbirləri keçirdi
29 yanvar 2020 | 16:00
28 yanvar 2020-ci il tarixdə Biləsuvar rayonunda icbari tibbi sığortaya keçidlə əlaqədar maarifləndirmə tədbirləri keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayon Mərkəzi xəstəxanasının baş həkimi Xoşbəxt Ağayeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Elvin Abbasov və rayon ictimaiyyəti iştirak etdi.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Elvin Abbasov çıxış edərək vətəndaşlara icbari tibbi sığorta ilə bağlı ətraflı məlumat verdi və sualları cavablandırdı.