Heydər Əliyev Mərkəzində “Xocalıya ədalət” kompaniyası çərçivəsində məktəblilər arasında inşa yazı müsabiqəsi keçirilmişdir.
21 fevral 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində “Xocalıya ədalət” kompaniyası çərçivəsində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı harayı” adlı inşa yazı müsabiqəsi keçirilmişdir. Tədbirdə ümumtəhsil müəssisələrinin hər birindən 1 nəfər şagird olmaqla, 26 ümumtəhsil məktəbindən və Milli Qəhraman Mübariz İbrahimov adına liseydən birlikdə 27 nəfər məktəbli iştirak etmişdir.İştirakçılar əvvəlcə Xocalı soyqırımından bəhs edən qısametrajlı filmə baxmışlar.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Zaur Şahbazov və digərləri çıxış edərək 1992-ci ilin fevral ayının 26-da erməni və rus əsgərlərinin Xocalıda dinc əhalinin başına gətirdikləri vəhşiliklərdən danışmışlar və bu soyqırımın dünya ölkələrinə çatdırılması üçün cənab Prezidentimiz İlham Əliyevin gördüyü işlər barədə məktəblilərə məlumat vermişlər.Sonra məktəblərdən dəvət olunmuş şagirdlər Xocalı soyqırımı ilə bağlı “Xocalı harayı” adlı inşa yazılar yazmışlar. Müsabiqədə fərqlənən şagirdlər fəxri fərmanlarla təltif olunacaqlar.