Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində 2019-cu ilin yekunlarına dair hesabat yığıncaqları keçirilir.

09 yanvar 2020 | 16:00

07 yanvar 2020-ci  il tarixdən başlayaraq Biləsuvar rayonunun  inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilir.
Tərtib  olunmuş qrafikə uyğun olaraq 25 yanvar 2020-ci il tarixədək  rayonun bütün inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində hesabat iclasları yekunlaşacaqdır.Hazırda 9 kənddə hesabat iclasları keçirilmişdir.
Yığıncaqlarda rayon İcra Hakimiyyətinin  məsul işçiləri, şura üzvləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının ərazidə fəaliyyət göstərən yerli bölmələri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivi, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edirlər.
09 yanvar 2020-ci il tarixdə rayonun Aşağı Cürəli kəndində keçirilən hesabat iclasında kənd  İcra nümayəndəsi Qalib Bağırov  ötən il ərzində görülmüş işlər barədə ətraflı məlumat verdi.O, bildirdi ki,  nümayəndəliyin əhatə etdiyi 2 kənddə 3562 nəfər əhali yaşayır.Ərazisi 2488 hektardır.Xüsusi mülkiyyətdə 1629 hektar,bələdiyyə mülkiyyətində  389 hektar torpaq sahəsi vardır.
Aşağı Cürəli və Muğan kəndləri üzrə tam  orta, ümumi orta olmaqla 2 məktəb, həkim məntəqəsi,  kitabxana, klub,  poçt şöbəsi  fəaliyyət göstərir.Regionların sosial-iqtisadi inkişafına uyğun olaraq Aşağı Cürəli kəndində də ötən müddət ərzində xeyli abadlıq və quruculuq işləri görülüb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq kənd ərazisi tam qazlaşdırılmış, mərkəzi magistral yollar yenidən tikilərək asfalt örtük çəkilmişdir.Aşağı Cürəli kənd tam orta məktəbi üçün 450 şagird yerlik  ən müasir tələblərə cavab verən yeni məktəb, Muğan kəndi üçün isə “Modul” tipli məktəb binaları tikilib istifadəyə verilmişdir.Bundan əlavə kənddə səhiyyə müəssisəsi, poçt şöbəsi  tikilərək əhalinin istifadəsinə verilmişdir. “Modul” tipli su durulducu qurğu quraşdırılmışdır.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.Qalib Bağırov  ötən təsərrüfat ilində mülkiyyətçilər tərəfindən 628 hektar sahədə pambıq əkilərək sahələrdən 1784 ton ağ qızıl toplandığını bildirərək qeyd etdi ki, bunun müqabilində mülkiyyətçilərə  gələn gəlirdən əlavə 178043 manat subsudiya təyin olunmuşdur. Bütün bunlar mülkiyyətçilərin pambıq əkininə olan marağını bir daha artırmış və 2020-ci təsərrüfat ili üçün Aşağı Cürəli və Muğan kəndinin əməkçiləri keçən ilkindən də  də  artıq  sahədə pambıq əkini üçün şirkətlərlə müqavilələr bağlamışdır.
İcra nümayəndəsi əhalinin sosial problemlərinin həllinin də daim diqqət mərkəzində saxlanıldığını bildirərək, vətəndaşların hər bir müraciətinə həssaslıqla yanaşıldığını qeyd etdi.
Tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək bildirdi ki, respublikamızda və rayonumuzun hərb bir kəndində  abadlıq-quruculuq işləri görülür, yeni-yeni sosial yönümlü obyektlər inşa olunur,əhalinin maddi-rifah halının yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

L.Yüzbaşova tədbirdə əhalinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədilə aidiyyəti təşkilatlar qarşısında məsələlərin qaldırılacağını bildirdi.

Keçidlər