Biləsuvar rayonunda aztəminatlı ailələrə və əlillərə bayram sovqatları paylanıldı.
30 dekabr 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonda yaşayan aztəminatlı ailələri və əlilləri ziyarət edərək onların ailə üzvləri ilə görüşdü.
M.Quliyev qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl” bayramı münasibətilə hər bir ailəni ayrı-ayrılıqda təbrik edərək onlara öz xoş arzularını bildirdi, aztəminatlı ailələrin və əlillərin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd etdi.
Əhalinin həssas təbəqəsinin nümayəndələri olan bu insanlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Sonra Rayon İcra Hakimiyyəti tərəfindən hər bir ailəyə bayram sovqatı təqdim edildi.