Biləsuvar rayonunun məktəbəqədər tərbiyə müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il tədbirləri keçirilir.
Biləsuvar rayonunun məktəbəqədər tərbiyə müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il tədbirləri keçirilir.
25 dekabr 2019-cu il tarixdən başlayaraq Biləsuvar rayonunun uşaq bağçalarında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il bayramlarına həsr olunmuş tədbirlər keçirilir.
Tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova, məktəbəqədər tərbiyə müəssisələrinin rəhbərləri, bağçaların kollektivi və valideynlər iştirak edirlər.
Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova tədbirlərdə çıxış edərək qarşıdan gələn 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə bağçaların kollektivlərini təbrik edərək və xoş arzularını bildirdi.
L.Yüzbaşova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən məktəbəqədər tərbiyə müəssisələrinə göstərilən xüsusi qayğının nəticəsidir ki, bu gün rayonumuzda ən müasir tələblərə cavab verən bağçalar tikilərək istifadəyə verilmişdir. Bu bağçalarda uşaqlarin istirahəti və təhsili üçün hər cür şərait yaradılmışdır.
Tədbirdə uşaqlar tərəfindən ifa olunan müxtəlif səpkili səhnəciklər, şer və mahnılar maraqla qarşılandı.