Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Günəşli kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir

20 fevral 2014 | 16:00

19 fevral 2014-cü il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Günəşli kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Günəşli kəndi rayonun qərb istiqamətində yerləşir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Çaylı, Ağayrı, İsmətli kəndləri ilə sərhəddir.Nümayəndəlikdə 616   təsərrüfat, 3170 nəfər əhali yaşayır.Günəşli kəndi üzrə 1 ümumi orta məktəb, 1 kitabxana, 1 klub, poçt şöbəsi  fəaliyyət göstərir. Tədbirdə Günəşli  kənd İcra nümayəndəsi Kamilağa Əzimov çıxış edərək ötən  müddət  ərzində görülmüş işlərdən danışmış və qarşıda duran problemlər barədə məlumat vermişdir.O, bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı çərçivəsində rayonumuzda aparılan işlərə paralel kəndimizdə də müəyyən işlər görülmüşdür.Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə  yenidən tikilən on üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun  inşaasına başlanılmışdır və hazırda sürətlə tikinti işləri aparılır.Yolun 3.5 km-lik hissəsi Günəşli kəndindən keçir. Bundan əlavə yeni salınmış yaşayış massivi və kəndaxili yollar  qum-çınqıl qarışığı ilə təmir olunmuş, 0.6 hektar ərazidə park salınmış, ərazidəki şor kollektorları lildən təmizlənmişdir.Əhalini  təbii qazla təmin etmək məqsədilə kənd ərazisindən keçən əsas boru kəmərləri çəkilmişdir.Hazırda evlərə qaz xəttinin çəkilişi və sayğaclaşama işləri aparılır.Kənd fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
K.Əzimov ölkə Prezidenti  cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdi.
          Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı.O, qeyd etdi ki, bu günə kimi icra olunmuş 2 Dövlət proqramı  nəticəsində rayonda, eləcədə Günəşli kəndində bir çox abadlıq və quruculuq işləri aparılmışdır.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulur, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir.Görülən bu işlər sonda əhalimizin rahat və  firavan yaşayışını təmin etməyə xidmət göstərir.Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Günəşli kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər