Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı görüş keçirildi.

11 dekabr 2019 | 16:00

11 dekabr 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı görüş keçirildi.
Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Kənd Təsərrüfatı nazirliyinin, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, fermerlər və KİV nümayəndələri  iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri aparılır və əsaslı infrastruktur layihələri həyata keçirilir. Ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini deyən icra başçısı qeyd edib ki, nəticədə digər sahələr kimi aqrar sahə də öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.
Nazir İnam Kərimov əlavə edib ki, aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemini bu üç prinsipi özündə birləşdirən innovativ bir təşəbbüs adlandıran İnam Kərimov bildirib ki, məqsəd aqrar xidmətlərin fermerlərə əlçatanlığını və bu xidmətlərin göstərilməsində şəffaflığı təmin etməkdir: “Fermerlər EKTİS-dən subsidiya, toxum, gübrə almaqla yanaşı, öz məhsullarını satmaq üçün də istifadə edə biləcəklər. Bu imkanlardan yararlanmaq üçün  fermerlərimiz sistemdə qeydiyyatdan keçməli, özlərinə şəxsi kabinet yaratmalıdır. Artıq bu proses ölkə üzrə demək olar ki, başa çatmaq üzrədir. İndiyədək ölkə üzrə təxminən 410 min fermer EKTİS-də qeydiyyatdan keçib və şəxsi kabinetlərini yaradıb. Noyabr ayından etibarən EKTİS-də qeydiyyatdan keçən fermerlər növbəti il üçün əkdikləri məhsulları bəyan etməyə başlayıblar. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyindən ibarət nümayəndə heyəti də rayonlarda EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüşlər keçirir. Biləsuvar rayonu belə görüşlərin təşkil edildiyi 35-ci rayondur.
Nazir İnam Kərimov vurğulayıb ki, 2020-ci ildən aqrar subsidiyalar EKTİS vasitəsilə fermerlərin bəyanları əsasında veriləcək. Bunu əsas gətirən İnam Kərimov fermerlərimizi aqrar subsidiyalardan yararlanmaq üçün payızlıq əkinləri bəyan etməkdə daha aktiv olmağa çağırıb.
Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, EKTİS-in tətbiqi zərurəti və bu istiqamətdə görülən işlər müzakirə edilib, yerli icra orqanlar və bələdiyyə nümayəndələrinin, fermerlərin sualları cavablandırılıb.
Daha sonra nazir İnam Kərimov Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Keçidlər