Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağalıkənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi

11 dekabr 2019 | 16:00

11 dekabr  2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağalıkənd  kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdi.
Ağalıkənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1196 təsərrüfat, 5042 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə  tam orta məktəb, həkim ambulatoriyası, kitabxana, mədəniyyət evi və  “Modul” tipli sudurulducü qurğu fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Ağalıkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, 4.0 km məsafədə kəndin mərkəzi yolu asfaltlaşdırılmış,  kəndaxili yollar isə qum-çınqıl qarışığı ilə təmir olunmuşdur.Ağalıkənd tam orta məktəbi əsaslı təmir və yenidənqurmadan sonra əhalinin istifadəsinə verilmişdir.Kənddə “Modul” tipli su durulducu qurğu tikilmişdir.Ağalıkənd kəndi hazırda təbii qazla və. fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
11 dekabr 2019-cu il tarixdə  Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev Ağalıkənd kəndində vətəndaşlarla keçirdiyi görüşdə respublikamızda və rayonumuzda görülən bu günkü hərtərəfli inkişafdan danışaraq bildirildi ki, dövlət səviyyəsində qəbul edilən Proqramların, xüsusən, “Regionların Sosial İqtisadi inkişafı Dövlət Proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Ağalıkənd kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur. Kənd tam orta məktəbi ən müasir formada əsaslı təmir edilmişdir.Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Ağalıkənd kəndi rayonun pambıqçılıq üzrə ixtisaslaşmış ən böyük kəndlərindən biridir.Bu da kənddə məşğulluğun tam təmin edilməsinə şərait yaradır və əhalinin gəlirlərinin artmasına səbəb olur. Mahir Quliyev son aylarda   Prezident cənab İlham Əliyevin sosial sahədə  apardığı islahatlarda danışaraq bildirdi ki, aparılan islahatlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Ağalıkənd kəndi əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər