Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əsgərabad kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

20 noyabr 2019 | 16:00

20 noyabr  2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əsgərabad  kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etdi.
Əsgərabad kəndində 1117 təsərrüfatda 4695 nəfər əhali yaşayır. Kənddə   tam orta məktəb,  tibb məntəqəsi, Mədəniyyət evi,  kitabxana, poçt şöbəsi, rabitə qovşağı, uşaq bağçası və Modul sudurulducu qurğu fəaliyyət göstərir.
Görüşdə Əsgərabad  kənd İcra nümayəndəsi Lətif Abbasov  çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.
L.Abbasov   kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən  ən kiçik  problemin belə diqqətdən kənarda qalmayacağını vurğuladı.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Əsgərabad kəndinin əhalisinin problemlərini dinlədi.
Vətəndaşlar tərəfindən qaldırılan  məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.

 

 

Keçidlər