Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Zəhmətabad kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

13 noyabr 2019 | 16:00

   13 noyabr  2019-cu il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Zəhmətabad kəndində keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə, təşkilat rəhbərləri  və kənd sakinləri iştirak edib.
Zəhmətabad  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 728 təsərrüfatda, 3985  nəfər əhali yaşayır.Nümayəndəlik üzrə  tam orta məktəb,  ümumi orta məktəb,  müasir tələblərə cavab verən həkim ambulatoriyası, uşaq bağçası,  kitabxana,  poçt fəaliyyət göstərir.
Tədbirdə Zəhmətabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Nizami Qasımov çıxış edərək çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə məlumat verdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən  ən kiçik  problemin belə diqqətdən kənarda qalmayacağını vurğuladı.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Zəhmətabad kəndinin əhalisinin problemlərini dinlədi.
Görüşdə kənd sakinləri tərəfindən kəndin ərazisindən keçən su kanalının üzərində nasosun quraşdırılması, həyətyanı torpaq sahəsinin ayrılmasına köməklik edilməsi, küçənin çıxar sularının axıdılması üçün arxın qazılması, yararsız elektrik dirəklərinin dəyişdirilməsi, şor kollektorunun ətrafının qeyderlə hamarlanması və digər məsələlər barədə müraciətlər edildi.
Vətəndaşlar tərəfindən qaldırılan bir neçə  məsələ yerindəcə həll edildi, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.

 

Keçidlər