Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Biləsuvar rayonunda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.

18 fevral 2014 | 16:00

17 fevral 2014-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına  uyğun olaraq  Biləsuvar rayonunda əhalinin tibbi müayinədən keçirilməsinə başlanıldı.Tədbirin yüksək səviyyədə icrası məqsədilə  Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 14 fevral 2014-cü il tarixli Sərəncamı imzalanmışdır. Sərəncama əsasən  əhalinin tibbi müayinədən keçirilməsinin nəzərdə tutulmuş müddətdə (17 fevral – 01 may 2014-cü il tarixə)  başa çatdırılmasını təmin etmək məqsədilə müvafiq  komissiya yaradılmış,  müayinənin rayonun bütün idarə, müəssisə, və təşkilatlarının  kollektivlərini,   yaşayış məntəqələrini əhatə etməsi üçün qrafiklər tərtib  olunmuşdur. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsini təmin etmək məqsədilə tibb müəssisələri hazırlıq vəziyyətinə gətirilmiş və həkim pediatr, həkim-nevropotoloq, həkim-oftalmoloq, həkim-cərrah, həkim-otorinolorinoloq və digər  ixtisaslı həkimlərdən ibarət briqadalar yaradılmışdır.Rayonun aidiyyəti təşkilat rəhbərlərinə, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərə  tapşırılmışdır ki, kollektivlərinin və  əhalinin  tibbi müayinədən keçirilməsində səhiyyə işçilərinə yaxından köməklik göstərsinlər, əhali arasında müvafiq təşkilati-izahat işlərinin aparılmasını təşkil etsinlər.Rayon Təhsil şöbəsi məktəbyaşlı uşaqların qrafik üzrə tibbi müayinədən keçirilməsi üçün lazımi təşkilatı tədbirləri həyata keçirsin.
Yerli mətbuat orqanlarında əhalinin tibbi müayinəyə cəlb olunması üçün   maarifləndirmə işləri aparılır.
      17.02.2014-cü il tarixdə Biləsuvar rayonunda qrafiq üzrə nəzərdə tutulmuş 645 nəfərdən 557 nəfəri tibbi müayinədən keçmiş, o cümlədən  23 nəfəri ultrasəs müayinəsindən, 24 nəfəri füloqrafiya müayinəsindən, 25 nəfər laboratoriya müayinəsindən, 8 nəfər elektrokordiyoqrama müayinəsindən  keçirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər