“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Biləsuvar məktəbliləri növbəti ekskursiyaya yola düşdülər.
13 noyabr 2019-cu il tarixdə Heydər Əliyev adına parkda Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala rayonlarına 4 gunlük ekskursiyaya yola salındılar.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Yola salınma mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayon Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin əməkdaşları, valideyinlər və rayon içtimayyətinin nümayəndələri iştirak etdi.
Mərasimdə çıxış edən Biləsuvar rayon icra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, maarifləndirici tur-aksiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirilir. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaqdır.
M.Quliyev səfər çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənmələrini tövsiyyə etdi və xoş istirahətlər arzuladı.
Tur aksiya çərçivəsində şagirdlər bu rayonların tarixi və görməli yerləri ilə tanış olacaq, bir çox tarixi və mədəniyyət obyektlərinə ekskursiya edəcək, təşkil olunacaq intellektual oyunlar və musiqili proqramlarda iştirak edəcəklər.