Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Çinarlı kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
06 noyabr 2019-cu il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Çinarlı kəndində keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak edib.
Çinarlı-Aranlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun iki kəndini əhatə etməklə 389 təsərrüfatda 1182 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 2950 hektardır.Nümayəndəlik üzrə tam orta məktəb, ümumi orta məktəb tibb məntəqəsi, kitabxana, 2 modul sudurulducu qurğu fəaliyyət göstərir.
Tədbirdə Çinarlı-Aranlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Habil İbayev çıxış edərək çıxış edərək ötən dövr ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən ən kiçik problemin belə diqqətdən kənarda qalmayacağını vurğuladı.
Görüşdə kənd sakinləri tərəfindən əkin sahəsinin yaxınlığından keçən suvarma kanalının torpaq yatağının beton kanalla əvəzlənməsinə köməklik olunması, Çərçili adlanan ərazidəki əkin sahəsinin yolunun düzəldilməsi, yaşadığı ərazidəki elektrik dirəklərinin və elektrik xətlərinin dəyişdirilməsi, şor kollektorunun çəkilməsinin tezləşdirilməsi, kənd qəbristanlığına elektrik xəttinin çəkilməsi,vətəndaşın fərdi evinə təbii qaz xəttinin çəkilməsi məsələləri ilə əlaqədar müraciətlər edildi.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Çinarlı və Aranlı kəndlərinin əhalisinin problemlərini dinlədi və vətəndaşlar tərəfindən qaldırılan bir neçə məsələ yerindəcə həll edildi, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.