Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Çaylı kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
24 oktyabr 2019-cu il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Çaylı kəndində keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak edib.
Çaylı kəndində 468 təsərrüfatda 2739 nəfər əhali yaşayır.Kənddə tam orta məktəb, tibb məntəqəsi, kitabxana, poçt fəaliyyət göstərir.
Görüşdə Çaylı kənd İcra nümayəndəsi Allaşükür Əmənov çıxış edərək ötən dövr ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.Bildirdi ki, küçələr qum-çınqıl qarışığı ilə təmir olunmuşdur. Bundan əlavə kənd məktəbində təmir işləri görülmüş, ərazidəki şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.Hazırda Regionların sosial-iqtisadi inkişafına uyğun olaraq Çaylı kəndinin mərkəzi yolu asfaltlaşdırılır.Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.Qeyd olundu ki, ötən qəbul zamanı 4 vətəndaş tərəfindən 4 məsələ qaldırılmış və bütün məsələlər həll edilmişdir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Görüşdə kənd sakinləri tərəfindən içməli su probleminin həllinə köməklik olunması, kəndaxili yollarda təmir işlərinin aparılması, ünvanlı sosial yardım almasına kğməklik olunması, qrunt sularının əkin sahəsində uzaqlaşdırılması üçün işlərin görülməsi,məktəbdə sinif otaqları az olduğu üçün yeni korpusun tikintisinə köməklik olunması barədə müraciətlər edildi.
Vətəndaşlar tərəfindən qaldırılan bir neçə məsələ yerindəcə həll edildi, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.