Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda inşa olunmuş 48 mənzilli yeni yaşayış binası sakinlərin istifadəsinə verildi.

23 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2018-ci il tarixli, 492 nömrəli sərəncamı  ilə Biləsuvar şəhərində istismar müddəti başa çatmış 4 ikimərtəbəli çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə inşa olunan  48 mənzilli yaşayış binasının tikintisi başa çatdırılaraq 23 oktyabr 2019-cu il tarixdə sakinlərin istifadəsinə verildi.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyevin tədbirdə çıxış edərək bildirdi ki, 48 mənzilli binanın tikintisi cənab Prezident İlham Əliyevin Biləsuvar sakinlərinin daha yaxşı şəraitdə yaşamasına göstərdiyi diqqət və qayğının təzahürüdür. Bundan sonra da rayonda qəza vəziyyətində olan və yararsız hala düşmüş binalar tədricən yeniləri ilə əvəzlənəcəkdir. Bildirdi ki, cənab Prezidentin sərəncamı ilə inşa olunmuş 3 bloklu 48 mənzilli binada bütün şərait yaradılmış, kommunikasiya xətləri çəkilmiş və həyətində abadlıq işləri aparılmışdır.
M.Quliyev hər bir sakinə öz xoş arzularını bildirdi və yeni mənzillərində uğurlar arzuladı. Sonra mənzillərin paylanılması üçün  püşkatma  keçirildi və sakinlərə evlərinin açarları təqdim olundu.
Yeni mənzilə köçən sakinlər çıxış edərək göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər

Keçidlər