Biləsuvar rayonunda 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
14 fevral 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar rayon İcra hakimiyyəti başçısının 2013-cü ilin yekunlarına dair hesabat iclası keçirilmişdir.İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayon ağsaqqqalları, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyatət edilmiş, əziz xatirəsinə gül dəstələri qoyulmuşdur.Sonra rayonun sosial-iqtisadi və aqrar sahədəki inkişafını əks etdirən sərgiyə baxış keçirilmiş və aparılan abadlıq və quruculuq işlərindən bəhs edən film nümayiş olunmuşdur.
Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev ötən ildə rayonun əldə etdiyi uğurlardan, bu il görüləcək işlərdən ətraflı söhbət açmış və demişdir: Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir ki, 2013-cü ildə ölkədə ümumdaxili məhsul 6 faiz, qeyri-neft sektoru 10 faiz artmış və dövlətimizin valyuta ehtiyatları 50 milyard dollara çatdırılmışdır. Nazirlər Kabinetinin iclasında bu barədə danışan cənab prezident qeyd etmişdir ki: “Ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atıb. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, əminəm ki, nə beynəlxalq aləmdə, nə də regionda bu uğurlara nail ola bilməzdik”. Respublikamızın hər bir bölgəsində olduğu kimi rayonumuzda da sosial-iqtisadi inkişaf sahəsində aparılan işlər 2013-cü ildə də uğurla davam etdirilmişdir. Belə ki, ötən il ümumi məhsul buraxılışının həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 28.8 faiz çoxdur.Bu da ayrı-ayrı sahələrlə bağlı olan rəqəmlərdə öz təsdiqini tapır. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının həcmi 10.7 faiz, sənayenin həcmi 16.5 faiz, tikintinin həcmi isə 76.9 faiz artmışdır. Müvafiq artımlar digər sahələrdə də müşahidə olunmuşdur. Nəqliyyatda 2.3 faiz , ticarətin həcmində isə 21.4 faiz artım olmuşdur. Bu da öz növbəsində adambaşına düşən ümumi məhsul buraxılışının həcminə müsbət təsir göstərir.Keçən il adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2411 manat təşkil etmişdir.
Əsas kapitala yönələn investisiyaların və pərakəndə əmtəə dövriyyəsinin həcmi 2012-ci illə müqayisədə 18.4 % çox olmuşdur. 2013-cü ildə orta aylıq əmək haqqı 269.0 manat olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmidə 2012-ci ilə nisbətən 25.7 % artmışdır. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, 2013-cü il ərzində rayonda 236 fərdi ev tikilmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına uyğun olaraq ötən il rayonda tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüş, bir sıra mühüm obyektlər qısa müddətdə və yüksək keyfiyyətlə inşa edilmişdir. Bunlardan ən önəmlisi kimi rayon mərkəzində görülmüş işləri qeyd etmək olar.Şəhərin mərkəzində sahəsi 2,1 hektar olan və Heydər Əliyevin adını daşıyan müasir üslubda yeni park salınaraq Ulu Öndərin 8 metr hündürlüyündə abidəsi ucaldılmışdır. 6400 kv.metr sahədə yaşıllıq zolaqları, 400 ədəd dekorativ ağac və 10 min ədəd gül kolları əkilmiş, dörd fontan kompleksi, yeni oturacaqlar və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Parkda 56 metr hündürlüyündə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır.Burada Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının yeni inzibati binalarının yüksək zövqlə tikilməsi hər bir Biləsuvarlının qürur mənbəyinə çevrilmişdir. Şəhərin cənub istiqamətində müasir üslublu tağvari giriş darvazası, yolayırıcı dairədə saat kompleksi, Bolqarçay üzərindəki körpünün ətrafında tumbalar üzərində dekorativ işıqlandırma sistemi qurulmuşdur. Heydər Əliyev küçəsində yaşıllıq zolaqlarında 3,3 min kvm sahədə qazon örtük salınmış, 1000 ədəd dekorativ ağac və gül kolları əkilmişdir. Yol kənarlarında yerləşən yöndəmsiz kommersiya obyektlərinin dekorativ aqlay daşları ilə üzlənməsi işləri davam etdirilmişdir. Aparılan tikinti quraşdırma işləri ilə yanaşı 3.3 km yol asfaltlaşdırılmışdır. Bundan başqa Bəhrəmtəpə - Biləsuvar magistral avtomobil yolunda 30,0 km asfalt – beton örtüklü yol tikilmiş və hal – hazırda yol tikinti işləri davam etdirilir.Ələt-Astara magistral avtomobil yolunda yol təmir işləri aparılmışdır. 2 hektar sahədə kənd təsərrüfatı məhsulları yetişdirən istixananın, saatlıq gücü 380 ton olan asfalt-beton zavodun tikintiləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin sentyabr ayının 4-də rayonumuza səfər etməsi hər bir Biləsuvarlının yaddaşında unudulmaz xatirəyə çevrilmişdir. Məhz həmin gün cənab Prezident rayonumuz üçün xüsusi önəm daşıyan tikililərin açılışını etdi. Eyni zamanda Biləsuvar rayonuna verilən yeni içməli su xəttinin istifadəyə verilməsi mərasimində iştirak etdi. Uzun illərdir Biləsuvar rayon əhalisinin narahatçılığına səbəb olan içməli su probleminin aradan qaldırılması ölkə başçımızın Biləsuvarlılara olan tarixi töhfəsidir.
Hazırda şəhərin kanalizasiya sisteminin tikintisi davam etdirilir.Bundan əlavə rayonda uzunluğu 16,0 km olan Ağayrı- Günəşli-İsmətli-Aranlı-Çinarlı-Əliabad kəndlərini birləşdirən və 6,0 km-lik Əsgərabad-Muğan-Çaylı dairəvi avtomobil yollarının, 640 yerlik Xırmandalı kənd 2 saylı, 220 yerlik Amankənd, 450 yerlik Aşağı Cürəli kənd tam orta məktəblərinin tikintiləri sürətlə davam etdirilir və 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına olan dövlət dəstəyi 2013-cü ildə də uğurla həyat keçirilmişir. Biləsuvar rayonunda sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 106 sahibkarlıq subyektinə 6.2 milyon manat kredit verilmişdir. Bu tədbirlər sahibkarlığın ikişafına stimul verməklə yanaşı, həm də işsizlik probleminin aradan qaldırılmasına öz töhvəsini vermişdir. Görülmüş işlər nəticəsində ötən il rayonda 1001 yeni iş yeri açılmışdır.
Rayonda Dövlət Proqramından irəli gələn tədbirlərin yerinə yetirilməsi sayəsində aqrar bölmədə ümumi məhsul istehsalının həcmi artmış, məhsuldarlıq yüksəlmiş və kənd təsərrüfatında çalışan insanların həyat səviyyəsi xeyli yaxşılaşmışdır.Ötən il aqrar sahədə ümumi məhsul istehsalının həcmi 93.6 milyon manat təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 10.7 faiz çoxdur.Bakı şəhəri əhalisinin ucuz və kefiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri də yaxından iştirak etmiş və 2013-cü ildə min tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulları yarmarkalara çıxarılaraq satılmışdır.
2013-cü ildə rayonumuzda ictimai-siyasi sabitliyin təmin olunmasına, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına, gənclərlə aparılan ideya-siyasi tərbiyə işinin yaxşılaşdırılmasına diqqət artırılmış və bu sahələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil ocaqlarının müasir tələblər səviyyəsində qurulmasına göstərdiyi yüksək qayğı və diqqətin nəticəsidir ki, son illər rayonumuzda 9 yeni məktəb binası tikilmiş, 5 məktəb yüksək səviyyədə əsaslı təmir olunmuşdur.
Dövlət siyasətinin əsas istiqamətlərindən olan əhalinin sağlamlığının təmin olunması, onlara yüksək tibbi xidmət göstərilməsi istiqamətində görülən işlər Biləsuvar rayonundan da yan keçməmişdir. “Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” möhtərəm Prezidentimizin sərəncamı ilə Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması və əsaslı təmiri işlərinə başlanmışdır. Hazırda işlər sürətlə davam etdirilir və 2014-cü ilin birinci yarısında xəstəxana istifadəyə veriləcəkdir.Bundan əlavə son illərdə rayonun 6 kəndində müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilmişdir.
Biləsuvar rayon İcra Hakimiyyəti vətəndaşların müraciətlərinə baxılması işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun qurmuşdur.Ötən il bu sahədə işin təkmilləşdirilməsi istiqamətində bir sıra ardıcıl tədbirlər həyata keçirilmişdir.Yerlərdə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin icrası istiqamətində operativlik artırılmış, daxil olan ərizə və şikayətlərin vaxtında və qanunamüvafiq şəkildə icraları təmin edilmişdir. Bundan əlavə rayon İcra hakimiyyətində quraşdırılmış və bütün kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərini əhatə edən operativ idarəetmə mərkəzləri vasitəsilə yerlərə operativ nəzarət gücləndirilmişdir.Görülmüş işlər nəticəsində daxil olan ərizə və şikayətlər əvvəlki illərlə müqayisədə azalmışdır.
Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənabları ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrdən birinə çevirmək məqsədilə uğurlu siyasət aparır. 2014-cü ildə də məhz həmin uğurların davamı olaraq ölkəmizdə sosial-iqtisadi sahədə dinamik inkişaf davam etdiriləcəkdir.Bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində demişdir: “2014-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilməlidir. Hesab edirəm ki, əvvəlki illərdə qəbul edilmiş qərarlar və 2014-cü ildə görüləcək işlər imkan verəcək ki, biz cari ili də uğurla başa vuraq.”
Biləsuvarlılar da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyyələrini rəhbər tutaraq 2014-cü ili layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacaqdır.
Məruzə ətrаfındа müzаkirələrdə Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, Biləsuvar rayon Maliyyə idarəsinin rəisi Eldar Təhməzov, Rayon Səhiyyə şğbəsinin müdiri Şamil Cəfərov, rayon Qaz İstismar sahəsinin rəisi İxtiyar Seyfullayev, çıхış еdərək, 2013-cü ildə görülmüş işlərdən dаnışdılаr, təklif və rəylərini söylədilər.
Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Vəfadar Bağırov çıхış еdərək rеspublikаmızın bütün sаhələrində gеdən dinаmik inkişаfdаn, "Rеgiоnlаrın sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı"ndаn irəli gələn vəzifələrin uğurlа həyаtа kеçməsindən ətrаflı dаnışdı, sоnrа Biləsuvarın rеspublikаnın digər bölgələrin kimi dаhа dinаmik inkişаf və tərəqqi еtdiyini diqqətə çаtdırdı, rayonda аpаrılаn tikinti, quruculuq və аbаdlıq işlərinə yüksək qiymət vеrdi.
Sonda iclas iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə Müraciət ünvаnlаndı.