Biləsuvar rayonunda “Eko-Aksiya” keçirilib.
14 oktyabr 2019-cu il tarixdə Biləsuvar rayonundakı istirahət parkında 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 28-ci ildönümünə həsr olunmuş 50 nəfər gənc könüllünün iştirakı ilə “Eko-Aksiya” keçirilib.
Açılış mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzə Cəfərov, rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev çıxış edərək qeyd ediblər ki, “Eko-Aksiya”nın keçirilməsində əsas məqsəd gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsirləri ilə bağlı maarifləndirmə işi aparmaq, o cümlədən, rayon əhalisinin və gənclərin ən çox istifadə etdikləri istirahət parkında təbiətə ziyan vuran plastik tullantılardan təmizlənməsidir.
Sonra “Ətraf mühiti birgə qoruyaq” adlı flaşmob keçirilib. “Eko-Aksiya zamanı İstirahət parkında 2 hektar ərazidə plastik qablar və polietilen torbalar yığışdırılaraq təhvil verilib.“Eko-Aksiya”da 50 nəfər xüsusi geyimdə rayon gəncləri və Biləsuvar Peşə Liseyinin şagirdləri yaxından iştirak ediblər.
2 saata qədər davam edən tədbir çay süfrəsi ətrafında xoş təəssüratla yekunlaşıb, xatirə şəkilləri çəkilib.