Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Heydər Əliyev və Azərbaycanda pambıqçılığın inkişafı” mövzusunda tədbir keçirildi.

08 oktyabr 2019 | 16:00

Tədbir 08 oktyabr 2019-cu il tarixdə açıq havada, tanınmış  pambıqçılıq ustası, nümunəvi əmək fəaliyyətinə görə “Şərəf nişanı”, Qırmızı əmək bayrağı ordenləri, “Tərəqqi” və digər medallarla təltif olunmuş torpaq mülkiyyətçisi, fermer Lətif Cəfərovun əkin sahəsində keçirildi.
Biləsuvar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvar Regional Mədəniyyət İdarəsinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı  ilə baş tutan tədbir maraqla qarşılanıb.Tədbirdə rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzini məsul işçiləri  uzun müddət pambıqçılıq sahəsində çalışmış əmək adamları, ziyalılar, içtimayyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova qeyd etmişdir ki, Ulu Öndərin ölkəmizdə strateji məhsul olan pambıqçılığın inkişafına göstərdiyi diqqət bugün də öz  bəhrələrini verir.Azərbaycan pambıqçıları  öz əvvəlki  şöhrətlərini qaytarırlar.Bunu bugün Biləsuvar rayonunun timsalında da aydın görmək olar.Rayonumuzda pambıq əkini  sahələri  ilbəil genişlənir, məhsul istehsalı artır.Pambıqçılığın inkişafına dövlət dəstəyi mülkiyyətçilər tərəfindən razılıqla qarşılanır.
Tədbir iştirakçılarından A.Kazımov, M.Kazımov, Z.Qurbanova, X.Ağayeva, fermer L.Cəfərov  Ümumilli lider Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında misilsiz xidmətlərindən söhbət açmış, pambıqçılıq sahəsinə Ulu Öndərin yüksək diqqət yetirməsi xüsusi qeyd olunmuşdur.Bu gün də rayonda pambıqçılığın inkişafına dövlət tərəfindən göstərilən dəstəyin bu sahənin inkişafında öz nəticələrini verdiyi bildirilmişdir.
Tədbir iştirakçıları fermer Lətif Cəfərovun ailə üzvləri ilə birlikdə yetişdirdiyi bol pambıq məhsulunun maşınlarla yığılmasını müşahidə etmişlər.

 

 

Keçidlər