Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

01 oktyabr 2019 | 16:00

1 oktyabr 2019-cu il tarixdə Biləsuvar rayonunda   Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin və rayon prokurorluğunun işçiləri  iştirak etdi.
Yığıncaq iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev  prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara bundan sonra da ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkarlardan qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yeni-yeni uğurlar arzuladı. Bildirdi ki, respublikamızda prokurorluq orqanlarının formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub.Bu gün də Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənabları prokurorluq işçilərinə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.
Tədbirdə Biləsuvar rayon Prokuroru Camal Bağırov çıxış edərək Prokurorluq orqanlarının yaranma tarixi, formalaşması və fəaliyyəti ilə bağlı ətraflı məlumat verərək  bildirdi ki, Prokurorluq orqanları öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmaqla daim qanunun aliliyini rəhbər tutaraq cinayətkarlığa qarşı mübarizə,  qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, cəmiyyətin və dövlətimizin maraqlarının qorunmasında mühüm rol oynayır.
Rayon Prokuroru onlara göstərilən yüksək diqqət və qayğya, prokurorluq işçilərinə verilən dəyərə görə rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib.
Sonda Prokurorluq işçilərinin peşə bayramı münasibətilə rayon Prokurorluğunun əməkdaşları Biləsuvar  Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olundular.

 

 

Keçidlər