Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Ağalıkənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılışı olmuşdur.

13 fevral 2014 | 16:00

12 fevral 2014-cü ildə  rayonun 1176 şagird yerlik Ağalıkənd kənd tam orta məktəbinin   əsaslı təmir  və yenidənqurmadan sonra açılış mərasimi keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov məktəbin əsaslı təmirdən əvvəlki vəziyyəti barədə məlumat verərək bildirdi ki, 29 sinif komplektindən ibarət olan, 565 şagirdin təhsil aldığı bu tədris ocağı tikildiyi 40 il ərzində bir dəfə də olsun təmir olunmamışdır.Bununda nəticəsində 1176 yerlik olan məktəb tamamilə yararsız vəziyyətə duşmuş və burada çox çətinliklə dərslər keçirilirdi.Respublikanın hər yerində olduğu kimi Biləsuvar rayonunda da Ölkə Prezidenti İlham Əliyev cənablarının təhsilə göstərdiyi qayğının nəticəsində bu tədris ocağı müasir standartlara uyğun əsaslı təmir olunaraq kənd əhalisinin istifadəsinə verilir.Sonra məktəb kollektivi və kənd sakinləri çıxış edərək məktəbin əsaslı təmir olunaraq burada tədris üçün gözəl şərait yaratdıqlarına görə Ölkə Prezidentinə və  rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.Sonra məktəbin şagirdləri tərəfindən hazırlanmış kompozisiza nümayiş olundu.Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində qəbul edilmiş Dövlət Proqramının icrası rayonumuzda da uğurla həyata keçirilir.Bu gun rayonumuzda qlobal və əsaslı işlər aparılır.Bütün bunlar məhz cənab Prezidentimizin bizə olan köməyinin nəticəsində baş verir.Bu gün açılışına yığışdığımız bu tədris ocağıda bir neçə il bundan qabaq bərbad vəziyyətdə olan bina idi.İndi burada həm şagirdlər üçün həmdə pedoqoji kollektiv üçün əla dərs şəraiti yaradılmışdır.Biz ölkə rəhbərinin dediyi kimi yaxın illər ərzində çalışacağıq ki, bir dənə də olsun yararsız məktəbimiz qalmasın.Müəllimlər gözəl binalarda işləsinlər, şagirdlər gözəl məktəblərdə dərs keçsinlər.Kənd əhalisinə xeyir-duasını verdikdən sonra M.Quliyev məktəbin açılışını bildirən qırmızı lenti kəsdi və məktəbə baxış keçirdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər