Şriftin ölçüsü :

Saytın rəngi :

Xırmandalı kəndinin genişlənən hissəsinə çəkilən qaz xəttinin açılışı oldu.

28 sentyabr 2019 | 16:00

 28 sentyabr 2019-cu il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndinin genişlənən hissəsinə çəkilən təbii qazın verilməsi  münasibəti ilə tədbir keçirildi.
   Tədbirdə Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbayca Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev,  rayon ictimaiyyətinin nümayəndələri  və Xırmandalı kən sakinləri iştirak ediblər.
    Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki,  Biləsuvar rayonunun bütün yaşayış məntəqələri qazlaşdırılmışdır.Hazırda şəhər və kəndlərimiz gündən günə böyüyür və genişlənir.Bu gün Xırmandalı kəndində də genişlənən ərazidə yaşayan insanların həyat şəraitini yaxşılaşdırmaq üçün bu hissəyə yeni qaz xətti çəkilmişdir. Kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir.
Tədbirdə Azərbayca Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çıxış edərək kənd sakinlərini bu əlamətdar hadisə münasibəti ilə təbrik etdi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və tövsiyyəsi ilə son illər ölkənin hər yerində qaz təhcizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışdı. Bildirdi ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətlə mavi yanacaqla təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcəkdir.
Kənd sakinləri  çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdılar.

 

Keçidlər