Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Cürəli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi

18 sentyabr 2019 | 16:00

18 sentyabr 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Cürəli  kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Tədbirdə Yuxarı Cürəli  kənd İcra nümayəndəsi Elməddin Vəliyev  çıxış edərək ötən  dövr  ərzində  görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq  bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda  da geniş  abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz  hərtərəfli  inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr  özünü göstərir. Yollarımız  təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə  insanları narahat edən heç bir problemlər olmayacaq.
Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Yuxarı Cürəli kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Həlli zaman tələb edən məsələlərin icrası nəzarətə götürüldü.

Keçidlər