Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar şəhərində Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirildi.

14 sentyabr 2019 | 16:00

14 sentyabr 2019-cu il tarixdə Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.
Açılışda Təhsil naziri Ceyhun Bayramov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, rayonun təhsil işçiləri və məktəbin kollektivi iştirak etdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev mərasimdə çıxış edərək məktəbin inşası münasibətilə kollektivi və rayon ictimaiyyətini təbrik etdi, xoş arzularını bildirdi.M.Quliyev bu sahədə rayonda görülən işlər barədə ətraflı məlumat verdi.
Təhsil naziri Ceyhun Bayramov çıxışında “Bilik Günü” və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb.
Təhsil naziri son illər ölkəmizdə çoxlu sayda yeni məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayaraq bildirdi ki, regionlarda, xüsusən ucqar rayonlarda yeni məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirildiyinin göstəricisidir.
Nazir qeyd edib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından da böyük əhəmiyyət kəsb edir.
Sonra qonaqlar  məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllimlərlə görüşərək onlarla söhbət aparıb.
Qeyd edək ki, yeni istifadəyə verilən 1176 şagird yerlik məktəb binasında 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyaları, 1 məktəbəqədər, 1 hərbi hazırlıq, 1  linqafon otağı və 48 sinif otaqları, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, akt zalı, idman zalı inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.

 

 

Keçidlər