Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonu üzrə fəaliyyət göstərən bir qrup könüllüyə sertifikatların təqdim olunması mərasimi keçirildi.

13 sentyabr 2019 | 16:00

12 sentyabr 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində rayon üzrə fəaliyyət göstərən bir qrup könüllüyə sertifikatların təqdim olunması mərasimi keçirildi.
Tədbirdə könüllülərə sertifikatları təqdim edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev onlara  uğurlar arzuladı.
 Çıxış edən könüllülər dövlət başçısının tapşırığına əsasən həyata keçirilən könüllülük fəaliyyətinin onların peşəkarlığının  artırılmasında  mühüm rolunu qeyd edərək  minnətdarlıqlarını bildirmişlər.
Ölkə başçısının tapşırığına əsasən  gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi  məqsədilə ötən müddətdə müəyyən işlər görülmüş, tədbirlər həyata keçirilmişdir.
 Rayon gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə təhsil müəssisələrində, idarə-müəssisə  və təşkilatlarda gənclərlə görüşlər,  müsahibələr  təşkil olunmuşdur. Fəaliyyətə başlayacaq könüllülərlə ilkin məlumatlandırıcı təlimlər keçirilmişdir. Biləsuvar rayonu üzrə  25 gənc könüllülük fəaliyyətinə cəlb olunmuşdur.
Hal-hazırda Biləsuvar rayon İcra Hakimiyyəti Aparatında, Dövlət Aqrar İnkişaf Mərkəzinin Biləsuvar şöbəsində, Gənclər və İdman İdarəsində,   Heydər Əliyev Mərkəzində və Biləsuvar Regional Mədəniyyət İdarəsində  könüllülər fəaliyyət göstərir. Könüllülərə  cəlb olunduğu sahənin fəaliyyət istiqamətləri üzrə vəzifələrin icrasında köməklik göstərilmiş, tövsiyyələr verilmişdir. Könüllülər təmsil olunduqları təşkilat tərəfindən həyata kеçirilən tədbirlərin təşkilində  də yaxından iştirak еtmişlər.
   Rayon gəncləri arasında könüllülük  fəaliyyətinin daha geniş təşviq edilməsi sahəsində işlər davam etdirilir.

Keçidlər