Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon Təhsil işçilərinin sentyabr konfransı keçirildi.

05 sentyabr 2019 | 16:00

05 sentyabr 2019-cu il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon Təhsil işçilərinin sentyabr konfransı keçirildi.
Konfrans nümayəndələri ilk öncə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl təhsil şöbələrinin rəhbərləri, təhsil işçiləri, məktəb direktorları və müəllimlər iştirak etdilər.
Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev “2019-2020-ci dərs ilində yerli təhsil idarəetmə orqanları və ümumtəhsil məktəblərinin  pedaqoji kollektivləri qarşısında Təhsil Nazirliyinin müəyyən etdiyi vəzifələr haqqında” çıxış etdi.
Daha sonra Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Salyan rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev, Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov və Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov hesabat məruzəsi ilə çıxış etdilər.
Hesabat və məruzə ətrafında müşavirə iştirakçıların sualları cavablandırıldı.
Sonda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına Konfransın adından müraciət oxundu.

Keçidlər