Şriftin ölçüsü :

Saytın rəngi :

08-09 fevral 2014-cü il tarixlərdə Biləsuvar Olimpiya İdman Kompleksində yeniyetmə güləşçilərin seçim xarakterli zona yarışları keçirilmişdir.

11 fevral 2014 | 16:00

08-09 fevral 2014-cü il tarixlərdə Biləsuvar Olimpiya İdman Kompleksində rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və  Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı  ilə yeniyetmə güləşçilərin seçim xarakterli zona yarışları keçirilmişdir. 300 nəfərədək sərbəst və yunan-roma uslubunda çıxış edən idmançılarımız Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı, Astara, Biləsuvar, Salyan, Neftçala, Saatlı, Sabirabad rayonlarından yarışlara qatılmışlar.Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Azərbaycan Güləş Federasiyasının regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov, rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov və digər aidiyyəti şəxslər iştirak etmişlər.İştirakçılar əvvəlcə Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyatər etmiş və əklil  qoymuşlar.Sonra isə Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar. Biləsuvar Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimindən sonra idmançılar öz güclərini sınayıblar.2 gün davam edən tədbirin sonunda qaliblər qimətli  hədiyyələrlə mükafatlandırılmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər