Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağayrı kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
4 sentyabr 2019-ciuil tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağayrı kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Tədbirdə Ağayrı kənd İcra nümayəndəsi Azər Qədimov çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, Ağayrı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 596 təsərrüfat, 2690 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə tam orta məktəb, ümumi orta məktəb, müasir tələblərə cavab verən həkim ambulatoriyası, kənd klubu, kitabxana, uşaq bağçası,EATS və poçtampt fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Ağayrı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür.Ötən dövr ərzində 1.9 km məsafədə kənddaxili yol asfaltlaşdırılmış, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən sosial layihələr yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən ən kiçik problemin belə diqqətdən kənarda qalmayacağını vurğuladı.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Ağayri kənd əhalisinin problemlərini dinlədi və sakinlər tərəfindən qaldırılan 5 məsələdən 1-i yerindəcə həll edildi.Həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.