Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bəydili kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi
21 avqust 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bəydili kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Bəydili kəndi rayonun böyük kəndlərindən olmaqla 1543 təsərrüfatda, 7231 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 1433 hektardır. Bəydili kəndində tam orta məktəb, həkim ambulatoriyası, kitabxana, Mədəniyyət evi, baytarlıq məntəqəsi, poçt şöbəsi və digər sosial obyektlər fəaliyyət göstərir.
Tədbirdə Bəydili kənd İcra nümayəndəsi Adil Cəfərov məlumat verərək bildirdi ki, ötən dövr ərzində Bəydili kəndində mərkəzi yol asfaltlaşdırılmış, yeni salınmış yaşayış massivi və kəndaxili yollar qum-çınqıl qarışığı ilə təmir olunmuş, kəndə yeni içməli su xətti çəkilmiş, ərazidəki şor kollektorları lildən təmizlənmişdir. Bəydili kəndi hazırda təbii qazla və fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.
A.Cəfərov ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd əhalisi adından ölkə başçısına öz minnətdarlığını bildirdi.
Sonra Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı.Bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda da geniş abadlıq-quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz hərtərəfli inkişafa nail olub.Ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir. Yollarımız təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində son aylar imzaladığı fərman və sərəncamların icrasının nəticələrini hər bir ailə, o cümlədən bu kəndin əhalisi də öz həyat şəraitində hiss edir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Bəydili kənd əhalisini narahat edən problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.