Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri ilə görüşüldü
02 avqust 2019-cu il tarixdə Rayonun Nərimankənd kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri ilə görüşüldü
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova,Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri ictimai birliyinin nümayəndələri, ziyalılar, gənclər iştirak etdi.
Tədbirdə L.Yüzbaşova 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı Azərbaycan Respublikasının müstəqlilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən Azərbaycan Silahlı Qüvvələrinin qulluqçuları gizir Pərvin Səlahəddin oğlu Əliyev və kiçik gizir Rahil Əfsər oğlu Hüseynov və əsgər Anar Vidadi oğlu Qarazadə göstərdiyi qəhrəmanlıqlardan danışıdı.Bildirdi ki, göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2015-ci il tarixli Sərəncamı ilə Pərvin Səlahəddin oğlu Əliyev və kiçik gizir Rahil Əfsər oğlu Hüseynov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalları ilə, əsgər Anar Vidadi oğlu Qarazadə Müdafiə Nazirinin əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşlar.
Çıxış edənlər Pərvin Əliyevin, Rahil Hüseynovun və Anar Qarazadənin qəhrəmanlıqlarından danışdılar. Dövlətimiz tərəfindən torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçuların şücaətinin heç vaxt diqqətdən kənarda qalmadığını, onların ailə üzvlərinin qayğı və problemlərinin daim diqqət mərkəzində saxlandığını qeyd etdilər
Sonra tədbir iştirakçıları şəhdlərin məzarlarını ziyarət etdilər.