Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Dərvişli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
26 iyul 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Dərvişli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Dərvişli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 368 təsərrüfat, 1758 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə tam orta məktəb, kitabxana, klub , poçt şöbəsi və “Modul” tipli sudurulducü qurğu fəaliyyət göstərir.
Tədbirdə əvvəlcə Dərvişli kənd İcra nümayəndəsi Sakit Şərbətov çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən danışdı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son illər kənd ərazisi tam qazlaşdırılmış, mərkəzi magistral yollar yenidən tikilərək asfalt örtük çəkilmişdir.”Modul” tipli su durulducu qurğu quraşdırılmışdır. Əhali fasiləsiz olaraq elektirik enerjisi və təbii qazla təmin olunur. Son illər əhaliyə göstərilən xidmətlərin səviyyəsi xeyli yaxşılaşmışdır.Kənddə bütün yaşayış evləri elektrik və qaz sayğacları ilə təmin edilmişdir. Dövlət Proqramına əsasən Dərvişli kənd tam orta məktəbinin 'sasl; təmiri d'nəzərdə tutlmuşdur. S.Şərbətov ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd əhalisi adından ölkə başçısına öz minnətdarlığını bildirdi.
Sonra Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Dərvişli kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün “Modul” tipli sudurulducu qurğu tikilmişdir. Dövlət Proqramına əsasən yaxın vaxtlarda Dərvişli kənd tam orta məktəbi əsaslı təmir edilməcəkdir.Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Xüsusilə rayonumuzda aqrar sahənin inkişafının nəticəsidir ki, kəndlərimizdə əhalinin məşğulluğu təmin edilmiş, insanlarımız həyat şəraitlərini daha da yaxşılaşdırırlar.Son illər pambıqçılığda qazandığımız uğurlarda Dəvrişli camaatının da payı vardır.Görülən bu işlərin nəticəsidir ki, bu gün əhalimizin rahat və firavan yaşayışı təmin olunmuşdur.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Dərvişli kənd əhalisini narahat edən problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.