Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir.
06 fevral 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir.Tədbirdə rayonun 28 ümumtəhsil məktəbindən 52 nəfər məktəbli iştirak etmişdir.İştirakçılar əvvəlcə Milli Qəhramandan bəhs edən qısametrajlı filmə baxmışlar.Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Ləman Yüzbaşova və digərləri çıxış edərək Milli Qəhraman haqqında öz ürək sözlərini dedilər.Sonra məktəblərdən dəvət olunmuş şagirdlər öz şeirlərini söylədilər.Nizami adına şıhır 1 saylı tam orta məktəbin şagirdi Leyla Mansurlu birinci, M.İbrahimov adına liseyin şagirdləri Nəzrin Məmmədli, Sübhan Adıyev ikinci və Səmədabad kənd tam orta məktəbin şagirdi Ülviyyə Ağayeva üçüncü yerə layiq görülərək fəxri fərmanlarla təltif olundular.