Biləsuvarda Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirildi.
22 iyul 2019-cu il tarixdə Biləsuvar rayonunda Milli mətbuatımızın yaranmasının 144 illiyinə həsr olunmuş tədbir keçirildi. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova, rayonun “Məhsul” və “Region-press” qəzetlərinin əməkdaşları və ziyalılar iştirak etdilər. Tədbir iştirakçıları vəfat etmiş mətbuat işçilərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova çıxış edərək milli mətbuatımızın yaranmasının 144-cü ili münasibətilə media mənsublarını təbrik etdi və əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini qeyd edərək müstəqil Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələri üzrə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək qiymətləndirdi.L.Yüzbaşova bildirdi ki, təməli ülu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab prezident İlham Əliyev tərəfindəın uğurla davam etdirilən siyasət nəticəsində mətbuata, media nümayəndələrinə qayğı və diqqət gündən-günə artır.Bu gün ölkəmizdə mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlarla jurnalistlərin mənzil şəraitləri daima yaxşılaşdırılır, respublikamızda fəaliyyət göstərən media orqanları müvafiq maliyyə vəsaitləri ilə təmin olunurlar.Rayonumuzda da fəaliyyət göstərən mətbuat orqanların çətinlikləri aradan qaldırılır və müvafiq köməkliklər edilir. Sonra rayon “Məhsul” qəzetinin baş redaktoru Q.Bağırov, “Region-press” qəzetlərinin baş redaktoru S. Şahbazov, rayon ağsaqqalı A.Kazımov, ziyalı R.Əliyev,və digərləri çıxış edərək müstəqillik illərində mətbuatın qazandığı böyük uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladılar. Bildirildi ki, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir,respublikamızda Milli Mətbuatın inkişafı və bu sahədə çalışanların əməyi daima qiymətləndirilir.