Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

02 iyul 2019 | 16:00

02 iyul  2019-cu il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd  kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Tədbirdə Nərimankənd  kənd İcra nümayəndəsi Asif Ağamalıyev çıxış edərək ötən  dövr  ərzində  görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, nümayəndəlik üzrə  tam orta məktəb,  ümumi orta məktəb,  müasir tələblərə cavab verən həkim ambulatoriyası, kənd klubu,  kitabxana,  EATS və poçtampt fəaliyyət göstərir.
Ötən dövr ərzində   kəndaxili yollar qum-çınqıl qarışığı ilə təmir olunmuş, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.Kənddə əhalini içməli su ilə təmin etmək məqsədilə “Modul” tipli sudurulducu qurğu quraşdırılmış və bulaqlar tikilmişdir.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün  minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı.qeyd etdi ki, dövlət səviyyəsində qəbul edilən yeni Proqramlarında, xüsusən, “Regionların Sosial İqtisadi inkişafı Dövlət Proqramın” da rayonda abadlıq və quruculuq işləri, eləcədə Nərimankənd kənd tam orta məktəbi üçün yeni binanın tikintisi nəzərdə tutulmuşdur. Nərimankənd kəndi rayonun pambıqçılıq üzrə ixtisaslaşmış ən böyük kəndlərindən biridir.Bu da kənddə məşğulluğun tam təmin edilməsinə şərait yaradır və əhalinin gəlirlərinin artmasına səbəb olur.Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.M.Quliyev bildirdi ki, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş, o cümlədən minimum əmək haqlarının və pensiyaların  artırılması istiqamətində  Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən qərarlar bir daha göstərir ki, əhalinin sosial müdafiəsi və rifah halının yüksəldilməsi öklə başçısının daim diqqət mərkəzindədir.Görüşü zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Nərimankənd kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilat rəhbərlərinə tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər