7 may 2024-cü il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.
07 may 2024 | 17:29
Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında “Qızılca xəstəliyinə qarşı peyvəndləmə və yoluxma hallarının qarşısının alınması istiqamətində, “Sanitar Epidemioloji Salamatlıq haqqında“ Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrlə əlaqədar rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən görülən işlər barədə, o cümlədən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli, 1441-VQD nömrəli Qanunununa uyğun olaraq Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxs tərəfindən görülən işlər barədə” və “Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin müvafiq maddəsindən irəli gələn vəzifələrin icrası sahəsində Xırmandalı, Nəsimi, Səmədabad, Ağalıkənd kənd inzibati ərazi dairləri üzrə nümayəndəliklərdə görülən işlərin vəziyyəti haqqında” hazırlanmış 2 məsələ müzakirə olundu.
Şura iclasıda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, fəaliyyətləri müzakirə olunan idarə, müəssisə, təşkilatların məsul şəxsləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etdi.
Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdikdən sonra birinci məsələ barədə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçının müavini - İctimai -siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşovanın hazırladığı “Qızılca xəstəliyinə qarşı peyvəndləmə və yoluxma hallarının qarşısının alınması istiqamətində, “Sanitar Epidemioloji Salamatlıq haqqında “ Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrlə əlaqədar rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən görülən işlər barədə, o cümlədən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli, 1441-VQD nömrəli Qanunununa uyğun olaraq Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxs tərəfindən görülən işlər barədə” arayışı, sonra isə ikinci məsələ barədə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Fəxri Rəhimlinin hazırladığı “Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin müvafiq maddəsindən irəli gələn vəzifələrin icrası sahəsində Xırmandalı, Nəsimi, Səmədabad, Ağalıkənd kənd inzibati ərazi dairləri üzrə nümayəndəliklərdə görülən işlərin vəziyyəti haqqında” olan arayışı dinlənildi.
İclasda hər iki məsələnin icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə şura üzvləri tərəfindən geniş müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirildi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov gündəliyə daxil edilmiş məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə inzibati ərazi dairələri üzrə icra nümayəndələrinə, aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələlərin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərarlar qəbul edildi.