Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirildi.

13 iyun 2019 | 16:00

13 iyun 2019-cu il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etdi.
Nəsimi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1083 təsərrüfat, 4452 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə  tam orta məktəb,  həkim ambulatoriyası,  kitabxana, mədəniyyət evi, poçt şöbəsi fəaliyyət göstərir.
Tədbirdə Nəsimi  kənd İcra nümayəndəsi ilham Dövlətli çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi.
Çıxış edən kənd sakinləri Ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, görülən  abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdilər.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır,  sahibkarlığın inkişafı dəstəklənir, yeni istehsal və emal müəssisələri yaradılır və nəticədə əhalinin fəaliyyəti üçün  iş yerləri yaradılır. Nəsimi kəndində də ötən dövrdə bir çox quruculuq  işləri aparılmışdır.Kəndə   təbii qaz çəkilmiş, kəndin yeni yaşayış massivlərindəki  yollar təmir olunmuş, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılaraq  yeni infrastruktur layihələr həyata keçirilmişdir.
M.Quliyev bildirdi ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, son illər rayonumuzda da aqrar sahə, xüsusilə pambıqçılıq sürətlə inkişaf etmiş və  kəndlərimizdə əhalinin məşğulluğu təmin edilmiş, insanlarımız həyat şəraiti daha da yaxşılaşmışdır.Bu gün hər bir kənd sakini ona məxsus torpaqları həvəslə əkir və öz məşğulluğunu və yaşayışını təmin edir.Bu sahədə dövlət öz vətəndaşına kifayət qədər yardımlar göstərir.Bu kömək bundan sonra da davam etdiriləcəkdir.Bütün bu inkişaf sonda  əhalinin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət göstərir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Nəsimi kəndinin əhalisinin problemlərini dinlədi.
Görüşdə kənd sakinləri tərəfindən əkin sahələrinin suvarılması üçün kanalların qazılması, kəndin bir hissəsini içməli su ilə təmin edən nasosun daha böyük nasosla əvəzlənməsi, kəndin daxili yollarının asfaltlaşdırılması, əkin sahələrinə verilən suyun bölgüsünə nəzarət olunması və s.  barədə müraciətlər edildi.
Vətəndaşlar tərəfindən qaldırılan bir  məsələ yerindəcə həll edildi, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.

 

Keçidlər