“1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi.
31 may 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivi, ümumtəhsil məktəblərinin şagirdləri, valideynlər iştirak etdi.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdi və onlara göstərilən diqqət və qayğıdan danışdı.
Qeyd etdi ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir.Ulu Öndər Heydər Əliyev uşaqlara dövlər səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı.Bu gün həmin kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın təhsili, sağlamlığı və istirahətini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir.Bu gun uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur, parklar salınır.
L.Yüzbaşova bir daha uşaqları təbrik edərək bildirdi ki, rayonumuzda həyata keçirilən bu tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Çıxış edənlər uşaqları təbrik etdilər.
Tədbirdə mədəniyyət işçilərinin və istedadlı uşaqların ifasında konsert proqramı və rəqslər nümayiş olundu.