Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əsgərabad kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

29 may 2019 | 16:00

29 may  2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əsgərabad  kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etdi.
Əsgərabad kəndində 1108 təsərrüfatda 4675 nəfər əhali yaşayır. Kənddə   tam orta məktəb,  tibb məntəqəsi, Mədəniyyət evi,  kitabxana, poçt şöbəsi, rabitə qovşağı, uşaq bağçası və Modul sudurulducu qurğu fəaliyyət göstərir.
Görüşdə Əsgərabad  kənd İcra nümayəndəsi Lətif Abbasov  çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.Bildirdi ki, Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə kəndin mərkəzi yolu asfaltlaşdırılmış, kənddaxili küçələr qum-çınqıl qarışığı ilə təmir olunmuşdur, yeni məktəb və həkim ambulatoriyası üçün binalar tikilmişdir. Bundan əlavə ərazidəki şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.
L.Abbasov   kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən  ən kiçik  problemin belə diqqətdən kənarda qalmayacağını vurğuladı.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Əsgərabad kəndinin əhalisinin problemlərini dinlədi.
Görüşdə kənd sakinləri tərəfindən əkin sahələrinin yaxınlığından keçən şor kollektorlarının lildən təmizlənməsi,pay torpağının qoruyucu zolağının yenidən qazılması, evinin yaxınlığından keçən yüksək gərginlikli elektrik dirəklərinin bir neçəsinin yararsız vəziyyətdə olduğu üçün yenisi ilə əvəzlənməsi, əkin sahələrinə gedən torpaq yolun qreyderlə hamarlanması,kəndin örüş ücün ayrılan ərazisinin kənarlarında arxın qazılması və s. məsələlər  barədə müraciətlər edildi.
Vətəndaşlar tərəfindən qaldırılan iki  məsələ yerindəcə həll edildi, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.

Keçidlər