Biləsuvar rayonunda 2 Fevral-Gənclər günü tədbiri keçirilmişdir.
01 fevral 2014-cü ildə Biləsuvar rayonundakı “Zirvə” şadlıq evində 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarında çalışan gənclər,ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr, idmançılar və fəal gənclər iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov bildirdi ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsi gənclərimizdə böyük ruh yüksəkliyi,işıqlı sabahımıza dərin inam yaratmışdır.Müstəqil Azərbaycanın bugünki gəncləri ölkəmizdə həyata keçirilən əhəmiyyətli layihələrin ən fəal iştirakçılarıdır.Dövlət başçımızın yüksək qayğısı sayəsində Azərbaycan idmançılarının xoş sədaları dünyanın ən mühüm turnirlərindən eşidilir.Respublika gənlərinin tərkib hissəsi olan biləsuvarlı gənclərimizdə bu gün cəmiyyətimizin bütün sferasında əzmkarlıq və fədakarlıq göstərir,rayonumuzun ictimai-siyasi həyatında,aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərində yaxından iştirak edirlər. Ötən il gənclərimizin yüksək ictimai fəalliq və birlik nümayiş etdirərək “Azərbaycan gəncliyi Dövlət Proqramı” çərçivəsində rayonumuzu 2013-cü ilin Gənclər paytaxtı elan edilməsi bunun bariz nümunəsidir.Bu mənada başa vurduğumuz 2013-cü il gənclərimizin yaddaşında həmişəlik qalacaqdır. Biz həmyerlimiz ,öz qəhrəmanlığı ilə bütün türk dünyasına örnək olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovla fəxr edirik.Təsadüfi deyil ki,Biləsuvarlı gənclər bu gün hərbi xidmət borclarını yerinə yetirməyə həvəslə yola düşür,vətənə şərəflə xidmət edirlər.Rayon əhalisinin 30 faizini təşkil edən gənclərimiz onlara yaradılan bu gözəl şəraitdən istifadə edərək daima ölkəmizin və rayonumuzun adını ucaltmağa çalışırlar.İstər ali məktəblərdə oxuyan tələbələrimiz, istər bayrağımızı dünya ölkələri arasında ən uca zirvələrdə dalğalandıran idmançılarımız, istərsədə digər sahələrdə çalışan gənclərimiz bu gun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında birləşərək ölkəmizin işıqlı gələcəyi naminə, min illərlə müstəqil yaşaması naminə var qüvvələrini əsirgəməyəcəklər.Tədbirdə rayon gəncləri çıxış edərək ürək sözlərini dedilər və istəklərini bildirdilər.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki,1997-ci ildən fevralın 2-si ümumilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub və bütün MDB və Şərqi Avropa məkanında ilk dəfə Gənclər Günü Azərbaycanda təsis edilib. Hətta Birləşmiş Millətlər Təşkilatı belə Azərbaycandan 1 il sonra, 1998-ci ilin avqust ayında Ümumdünya Gəclər gününü təsis edib.Budur Azərbaycan dövlətinin öz gənclərinə verdiyi dəyər.İstər Ümummilli Liderimiz Heydər Əliyev, istərsə də cənab Prezidentimiz İlham Əliyev tərəfindən gənclərimiz daim qayğı ilə əhatə olunub, daima onların problemləri öyrənilib və həlli istiqamətində addımlar atılıb.Bugün Azərbaycan gəncliyi dünyada öz sözünü deməyə qadir bir gənclikdir.İstər elm, təhsil sahəsində, istərsədə idman uğurlarımız bunu deməyə imkan verir.Ölkə Prezidentinin tapşırığı əsasında gənclərimiz dövlət idarəçilik sisteminin ən yüksək pillələrinə seçilirlər.Onlara çox böyük etimadlar göstərilir.Və əlbəttə ki, gənclər bu etimadları layiqincə doğruldurlar.Bu gün rayonumuzda da gənclərə böyük imkanlar yaradılmışdır. Müasir standartlara cavab verən Olimpiya Idman Kompleksi, Heydər Əliyev Mərkəzi tikilmişdir.Bu şəraitdən yararlanaraq onlar ayrı-ayrı sahələrdə respublikamızı və rayonumuzu təmsil edirlər.Gənclərimiz rayonun idarə,müəssisə rəhbərliyi postlarına irəli çəkilirlər.Bütün bunlar onu göstərir ki, artıq gəclərimiz onlara bəslənilən ümidləri layiqincə doğruldurlar.M.Quliyev çıxışının sonunda bir daha gənclərə öz işlərində müvəfəqiyyətlər arzulayaraq, Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirməklə yeni-yeni qələbələrə imza atmalarını dilədi. Ayrı-ayrı sahələrdə fərqlənən bir qrup gəncə rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və pul mükafatları verildi.Tədbirdə mədəniyyət işçiləri konsert proqramı ilə çıxış etdilər.