Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Zəhmətabad kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

22 may 2019 | 16:00

   22 may  2019-cu il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Zəhmətabad kəndində keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə, təşkilat rəhbərləri  və kənd sakinləri iştirak edib.
Zəhmətabad  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 716 təsərrüfatda, 3968  nəfər əhali yaşayır.Nümayəndəlik üzrə  tam orta məktəb,  ümumi orta məktəb,  müasir tələblərə cavab verən həkim ambulatoriyası, uşaq bağçası,  kitabxana,  poçt fəaliyyət göstərir.
Tədbirdə Zəhmətabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Nizami Qasımov çıxış edərək çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə məlumat verdi.Bildirdi ki, ötən  dövr  ərzində kənddə 50 yerlik müasir uşaq bağçası və həkim ambulatoriyası tikilmiş, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir.Kənd təbii qazla və elektrik enerjisi ilə tam təmin olunur. Kənddə əhalini içməli su ilə təmin etmək məqsədilə “Modul” tipli sudurulducu qurğu quraşdırılaraq bulaqlar tikilmişdir.Kəndin mərkəzi küçələri yenidən əsaslı şəkildə təmir olunmuşdur.İcra nümayəndəsi kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən  ən kiçik  problemin belə diqqətdən kənarda qalmayacağını vurğuladı.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Zəhmətabad kəndinin əhalisinin problemlərini dinlədi.
Görüşdə kənd sakinləri tərəfindən kəndin ərazisindən keçən su kanalının üzərində nasosun quraşdırılması, həyətyanı torpaq sahəsinin ayrılmasına köməklik edilməsi, küçənin çıxar sularının axıdılması üçün arxın qazılması, xəstəliyi ilə əlaqədar olaraq əlillik təyin olunmasına köməklik edilməsi barədə müraciətlər edildi.
Vətəndaşlar tərəfindən qaldırılan bir  məsələ yerindəcə həll edildi, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.

Keçidlər