Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Çinarlı kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

13 may 2019 | 16:00

   13 may  2019-cu il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Çinarlı kəndində keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri  və kənd sakinləri iştirak edib.
Çinarlı-Aranlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun iki kəndini əhatə etməklə  385 təsərrüfatda 1164 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 2950 hektardır.Nümayəndəlik üzrə  tam orta məktəb, ümumi orta məktəb tibb məntəqəsi, kitabxana, 2 modul sudurulducu qurğu  fəaliyyət göstərir.
Tədbirdə Çinarlı-Aranlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Habil İbayev çıxış edərək çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə məlumat verdi.Bildirdi ki, ötən  dövr  ərzində kənddə 2 məktəb üçün yeni binalar inşa olunmuş, hər iki kənddə sudurulducu qurğu tikilmiş, ümumilikdə 6 km uzunluğunda olan mərkəzi küçələr yenidən əsaslı şəkildə təmir olunmuşdur.Əkin sahələrindəki  şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur. İcra nümayəndəsi kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi. 
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən  ən kiçik  problemin belə diqqətdən kənarda qalmayacağını vurğuladı.
Görüşdə kənd sakinləri tərəfindən əkin sahəsinin yaxınlığından keçən suvarma kanalının torpaq yatağının beton kanalla əvəzlənməsinə köməklik olunması, Çərçili adlanan ərazidəki əkin sahəsinin suvarılmasında istifadə olunan dəmir su keçid borusunun çürüdüyü üçün yenisi ilə əvəz olunması, əkin sahələrinə gedən torpaq özüllü yolun qreyderlə hamarlanması, yaşadığı ərazidəki elektrik  dirəklərinin və elektrik xətlərinin dəyişdirilməsi, hazırlanmış layihəyə əsasən çəkilişi gecikdirilən şor kollektorunun çəkilməsinin tezləşdirilməsi, kəndin qəbristanlıq ərazisindən keçən şor kollektorunun lildən təmizlənməsi məsələlərin ilə əlaqədar  müraciətlər edildi.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev və Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Dəyanət Abdullayev Çinarlı və Aranlı kəndlərinin əhalisinin problemlərini dinlədilər.Vətəndaşlar tərəfindən qaldırılan bir neçə məsələ yerindəcə həll edildi, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.
Sonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxış etdi.

 

 

 

 

 

Keçidlər