Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş rəsm sərgisi keçirildi.

07 may 2019 | 16:00

07 may 2019-cu il tarixdə Biləsuvar rayon Rəsm Qalereyasında   müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş rəsm sərgisi keçirildi.
Tədbirdə  çıxış edən Biləsuvar rayon icra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışdılar. Qeyd edildi ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Sonra rəsm sərgisinə baxış keçirildi.

Keçidlər