Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Çaylı kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
1 may 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Çaylı kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdi.
Çaylı kəndində 451 təsərrüfatda 2697 nəfər əhali yaşayır.Kənddə tam orta məktəb, tibb məntəqəsi, kitabxana, poçt fəaliyyət göstərir.
Görüşdə Çaylı kənd İcra nümayəndəsi Allaşükür Əmənov çıxış edərək ötən dövr ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.Bildirdi ki, küçələr qum-çınqıl qarışığı ilə təmir olunmuşdur. Bundan əlavə kənd məktəbində təmir işləri görülmüş, ərazidəki şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.Hazırda Regionların sosial-iqtisadi inkişafına uyğun olaraq Çaylı kəndinin mərkəzi yolu asfaltlaşdırılır.Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.
A.Əmənov kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Rayonda kənd təsərrüfatı, xüsusilə pambıqçılığ yüksək sürətlə inkişaf edir.Bu sahədən milyonlarla manat gəlir əldə olunur.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.