Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Günəşli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.

24 aprel 2019 | 16:00

24 aprel 2019-cu il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Günəşli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdi.
Günəşli kəndində 652 təsərrüfatda, 3518 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 915 hektardır. Günəşli kəndində ümumi orta məktəb, həkim məntəqəsi, kitabxana,  poçt şöbəsi və  digər sosial obyektlər fəaliyyət göstərir.
Tədbirdə əvvəlcə Günəşli kənd İcra nümayəndəsi Əli Eyvazov çıxış edərək ötən müddət ərzində görülmüş işlərdən danışdı.Bildirdi ki, kəndin mərkəzi  yolu asfaltlaşdırılmış, yeni salınmış yaşayış massivi və kəndaxili yollar  qum-çınqıl qarışığı ilə təmir olunmuş,  ərazidəki şor kollektorları lildən təmizlənmişdir. Günəşli kəndi hazırda təbii qazla və fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.Kənddə əsasən pambıq, taxıl, günəbaxan, yonca və tərəvəz məhsulları becərilir.
Ə.Eyvazov ölkə Prezidenti  cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd əhalisi adından ölkə başçısına öz minnətdarlığını bildirdi.
Sonra Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində  Günəşli kəndində də abadlıq və quruculuq aparılmışdır.Rayonumuzda aqrar sahənin inkişafının nəticəsidir ki, kəndlərimizdə əhalinin məşğulluğu təmin edilmiş, insanlarımız həyat şəraitlərini daha da yaxşılaşdırırlar.Son illər pambıqçılığda qazandığımız uğurlarda Günəşli kəndinin əhalisinin də payı vardır.Görülən bu işlərin nəticəsidir ki, bu gün  əhalimizin rahat və  firavan yaşayışı təmin olunmuşdur.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Günəşli kənd əhalisini narahat edən  problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər