Biləsuvar rayonunda “Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gənclərin səfərbər edilməsi, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda konfrans keçirildi.
19 aprel 2019-cu il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq “Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gənclərin səfərbər edilməsi, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda konfrans keçirildi.
Konfransda Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə nümayəndəsi Taleh Nuriyev, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Mülazim Rzayev,Təhsil şöbəsinin əməkdaşı Ağamməd Caniyev iştirak və çıxış edərək konfransın əhəmiyyəti və mövzunun aktuallığı barədə gənclərə geniş məlumat verdilər. Çıxış edən natiqlər hazırda respublikamızda dövlət siyasətinə çevrilmiş “İslam həmrəyliyi” ideyası, onun mahiyyəti və müasir beynəlxalq aləmdə bu sahədə görülmüş işlərə münasibət barədə məlumat verdilər, 2017-ci ilin məhz “İslam Həmrəyliyi ili” elan olunmasının təsadüfi olmadığını və bu ideyanın dünyada dinlərarası dialoqa böyük töhvə verdiyini qeyd etdilər.
Mövzu ilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə ərsəyə gəlmiş “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş etdirildi