Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Dərvişli kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir
27 yanvar 2014-cü il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Dərvişli kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Dərvişli kəndi rayonun cənub şərqində istiqamətində yerləşir. Dərvişli inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Əsgərabad, Aşağı Cürəli, Ağalıkənd, Ovçubərə kəndləri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 340 təsərrüfat, 1574 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 kitabxana,1 mədəniyyət evi, poçt şöbəsi və “Modul” tipli sudurulducü qurğu fəaliyyət göstərir. Tədbirdə Dərvişli kənd İcra nümayəndəsi Sakit Şərbətov çıxış edərək ötən il ərzində görülmüş işlərdən danışmış və qarşıda duran problemlər barədə məlumat vermişdir.O, bildirmişdir ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Dərvişli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, 2 km məsafədə kəndin mərkəzi yolu asfaltlaşdırılmış, yeni salınmış yaşayış massivi və kəndaxili yollar qum-çınqıl qarışığı ilə təmir olunmuşdur.Kənd ərazisində bələdiyyə tərəfindən park salınmış, “Modul” tipli su durulducu qurğu tikilərək əhalinin istifadəsinə verilmiş, ərazidəki şor kollektorları təmizlənmişdir. Dərvişli kəndi hazırda təbii qazla və fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
O ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki,dövlət səviyyəsində qəbul edilən “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Dərvişli kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün “Modul” tipli sudurulducu qurğu tikilmişdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin. Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir.Kəndlərdə kənddaxili yollar təmir edilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir.Görülən bu işlər sonda əhalimizin rahat və firavan yaşayışını təmin etməyə xidmət göstərir.Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Dərvişli kənd əhalisin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.