Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri zamanı şəhid olmuş qəhramanların xatirəsi anıldı.

04 aprel 2019 | 16:00

4 aprel 2019-cu il tarixdə Biləsuvar rayonunda aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan  Azərbaycan ordusunun   müddətdən artıq hərbi xidmət qulluqçusu   Dəmirli Hüseyn Zeynal oğlunun və Novruzov Fərahim Nadir oğlunun məzarları ziyarət olundu,  xatirəsi ehtiramla anıldı.
Şəhidlərin ailə üzvləri ilə görüşən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin kollektivi və Qarabağ müharibəsi veteranları bildirdilər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş  qəhramanlarımızın xatirəsi biləsuvarlıların qəlbində daima yaşayacaqdır.
Ləman Yüzbaşova ordumuzun aprel döyüşlərində qazandığı tarixi qələbədən danışaraq bildirdi ki, aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyi nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqında ruh yüksəkliyinin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü. Ermənistan  müharibə başlayacağı zaman onun necə bir güclü ordu ilə qarşılaşacağını dərk etdi. Azərbaycan hər an öz torpaqlarını cəmi bir neçə günə işğaldan azad edə bilər. Aprel döyüşləri bunu dünyaya göstərdi.Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Bizim ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı.
Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daima dərin hörmətlə anacaqdır.Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş  bütün əsgərlərimizin qisası  güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır. Məhz bu qələbənin nəticəsində ordumuz bir sıra strateji yüksəklikləri və yaşayış məntəqəsini düşməndən azad etməklə üstünlüyü təmin etdi.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezident İlham Əliyev cənablarına  minnətdarlıqlarını bildirərək, dövlətimizin başçısı tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandıqlarını bildirdilər.

Keçidlər