Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu.

27 mart 2019 | 16:00

27 mart 2019-cu il tarixdə  Biləsuvar rayon İcra Hakimiyyətində  Dövlət Təhlükəsizlik  orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, DTX-nin Biləsuvar  rayon şöbəsinin kollektivi, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri  iştirak etdi.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoydu, əziz xatirəsi yad edildi.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının bütün əməkdaşlarını, o  cümlədən    rayon  şöbəsinin kollektivini  peşə bayramları və Dövlət Təhlükəsizlik  orqanlarının yaranmasının 100 illiyi münasibətilə  səmimi  qəlbdən   təbrik  etdi,  onlara  cansağlığı,  çətin  və    şərəfli  işləridə   yeni-yeni  uğurlar  arzuladı.
Bildirdi ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, keçmişin ən ümdə şanlı dəyərlərini özündə əks etdirməklə gələcəyə hesablanmış uğurlu dövlətçilik strategiyası bu gün müstəqil ölkəmizdə bütün sahələrdə olduğu kimi,  dövlət  təhlükəsizlik istiqamətində də  layiqli şəkildə davam etdirilməkdədir.
M.Quliyev bildirdi ki, Ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən Respublikamızda dövlət təhlükəsizliyinin qorunması istiqamətində atılan uğurlu addımların  nəticəsində Azərbaycan hazırda regionun lider ölkəsinə çevrilib. Bu yönümdə əsas qarant olan sabitlik və təhlükəsizliyin etibarlı qorunmasında dövlət  təhlükəsizlik orqanlarının öz layiqli rolu və xidmətləri vardır.
Sonra DTX-nin Biləsuvar rayon şöbəsinin  bir qrup əməkdaşına rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu.
Çıxış edənlər peşə bayramları münasibətilə rayonun Dövlət  Təhlükəsizlik xidməti işçilərinə  öz təbriklərini bildirdilər.
Tədbirdə DTX-nin Biləsuvar rayon şöbəsinin rəisi Ramil Bənnayev   çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Keçidlər