“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Biləsuvar məktəbliləri növbəti ekskursiyadan qayıtdılar.
26 mart 2018-ci il tarixdə Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz rayonlarına olan səfərlərini başa vuraraq geri qayıtdılar.
Şagirdlərin qarşılanma mərasimində mərasimində rayon İcra Hakimiyyətlərinin məsul işçiləri, aidiyyatı təşkilat rəhbərləri, valideynlər və KİV nümayəndələri iştirak etdi.
Tur-aksiya iştirakçıları olan şagirdlərimiz ekskursiya çərçivəsində Quba, Qusar və Xacmaz rayonlarının tarixi, mədəni abidələri, turizm mərkəzləri və digər görməli yerləri ilə də tanış olublar. Məktəblilərimiz tur aksiya çərçivəsində təşkil olunan “Kim, Nə, Harada” İntellektual oyununda 9 rayonun 27 komandası arasında birinci yerə layiq görülərək kubok, diplom və medallarla təltif olundular. Tədbirdə Biləsuvar məktəbliləri onlara yaradılan bu şəraitə görə ölkə Prezidentinə öz təşəkkürlərini bildirdilər.